Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Milli birlik rəmzimiz

29.12.2022

Dekabrın 29-da Yardımlı rayon Heydər Əliyev Mərkəzində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş "Milli birlik rəmzimiz" mövzusunda tədbir keçirilib.

Tədbirdə Yardımlı şəhər 3 saylı orta məktəbin şagirdləri iştirak edib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını qurban verən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə əlamətdar günün mahiyyətindən söz açaraq, şagirdlərə mövzu ətrafında geniş məlumat verib.

Yekunda mərkəzdə təşkil olunan sərgilərə və ümummilli lider Heydər Əliyevin dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxış keçirilib.