Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mən fəxr edirəm ki, azərbaycanlıyam

28.12.2022

Dekabrın 28-də Yardımlı rayon Heydər Əliyev Mərkəzində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə "Mən fəxr edirəm ki,  azərbaycanlıyam mövzusunda tədbir keçirilib.

Tədbirdə Yardımlı şəhər 2 saylı, həmçinin Ostayr kənd orta məktəblərinin müəllim və  şagird kollektivi iştirak edib.

İlk öncə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə dünyanın harasında olmağından asılı olmayaraq bütün həmvətənlərimizi birləşdirən bu əlamətdar günün təsdiq olunma tarixindən, o cümlədən Ulu Öndərin  əsasını qoyduğu azərbaycançılıq ideologiyasının ölkəmiz üçün önəmindən bəhs edib.

Yekunda iştirakçılar mərkəzdə təşkil olunan rəsm, kitab sərgiləri ilə, həmçinin ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən ekponatlarla tanış olublar.