27.12.2022
Dekabrın 27-də Cəlilabad rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə N saylı hərbi hissədə " 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı" münasibəti ilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə mədəniyyət mərkəzinin direktoru Ramil İbrahimov açaraq hərbiçiləri bayram münasibətilə təbrik edib.
Tədbir mədəniyyət mərkəzinin solistlərinin ifasında konsert proqramı ilə davam edib.