Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Hamı bir nəfər kimi

27.12.2022

Dekabrın 27-də Masallı Tarix -Diyarşünaslıq Muzeyi və Masallı Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə muzeydə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə “Hamı bir nəfər kimi” mövzusunda tədbir keçirilib

Tədbirdə  Ombudsmanın Cənub Regional Mərkəzinin, Masallı rayon Heydər Əliyev mərkəzinin,  “ASAN Xidmət” mərkəzinin, Gənclərin  İnkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəliyinin, “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin, “ Ümidim sənsən” sosial inkişafa  yardım ictimai birliyinin, Gənclər və İdman İdarəsinin, Mərkəzi Kitabxananın, Onbirillik İncəsənət Məktəbinin, əməkdaşları, Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələri ,qazilər iştirak ediblər

Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva 31 dekabr  Dünya Azərbaycanlılarının Həmrəylik Gününün ildən-ilə xalqımız və müxtəlif ölkələrdə məskunlaşmış soydaşlarımız tərəfindən daha təntənəli qeyd olunmasından danışıb.

Sonra Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Masallı rayon Heydər Əliyev mərkəzinin baş fond mühafizi Gülcahan Vəkilzadə, “ASAN xidmət” mərkəzinin nümayəndəsi Nərmin İsmayılova ,“Gənclərin  İnkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəliyinin əməkdaşı Orxan Əliyev ,“Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Fuad Mənsimov, Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov,Mərkəzi Kitabxananın əməkdaşı Arzu Hüseynova, Onbirillik İncəsənət Məktəbinin müəllimi Hicran Sərdarova, Masallı Dövlət Regional Kollecinin direktor müavini Dilarə Mürşüdova və Qalereyanın direktor vəzifəsini icra edən Təhmasib Məcidov çıxış edərək mövzu ilə bağlı fikirlərini ifadə ediblər.

Yekunda Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Masallı Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə cari ildə keçirilən tədbirlərdə fərqlənənlərə “Təşəkkürnamələr” təqdim olunub, qazilərə isə bayram hədiyyələri verilib.