Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlıda mədəniyyət işçilərinin seminar-müşavirəsi

26.12.2022

Dekabrın 26-da Yardımlı rayon Mədəniyyət Mərkəzində mədəniyyət işçilərinin seminar-müşavirəsi keçirilib.

Seminar-müşavirədə Masallı Regional Mədəniyyət İdarəsinin Yardımlı rayonu üzrə nümayəndəsi Ayaz Əliyev, Yardımlı rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova və mədəniyyət nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə Masallı Regional Mədəniyyət İdarəsinin Yardımlı rayonu üzrə nümayəndəsi Ayaz Əliyev açaraq “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və  qarşıdan gələn yeni il münasibətilə mədəniyyət işçilərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. A. Əliyev sonra gündəlikdə duran məsələlər, həmçinin dekabrın 23-də Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncovun sədrliyi ilə keçirilən seminar-müşavirədə verilmiş tapşırıq və tövsiyələr haqqında məlumat verib.

Tədbirdə Yardımlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Rahim Səfərov çıxış edərək kitabxanalarda il ərzində görülmüş işlər haqqında məlumat verib.

Yekunda Yardımlı rayon RİHB-nın müavini Əfsanə Məmmədova çıxış edərək bayramlar münasibətilə tədbir iştirakçılarını təbrik edib və 2023-cü ildə bütün mədəniyyət nümayəndələrinə fəaliyyətlərində uğurlar arzulayıb.