Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

24.12.2022

Dekabrın 24-də Cəlilabad rayon Sabirabad kənd klubunda   "31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür" adlı tədbir keçirilib. 

Tədbirdə Sabirabad kənd klubunun, kitabxanasının və həkim məntəqəsinin əməkdaşları, Nizami Məmmədov adına Sabirabad kənd 1 saylı, həmçinin Həmid Tağıyev adına Sabirabad kənd 2 saylı tam orta məktəblərinin şagirdləri iştirak edib. 

Tədbiri giriş sözü ilə açan Sabirabad kənd klubunun müdiri Kəmalə Bağırova qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə iştirakçılara təbriklərini çatdırıb.  

Tədbir bayram proqramı ilə davam edib.