Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda şəhid ailəsi və qazi ziyarət olundu

25.12.2022

Dekabrın 24-25-də Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Cəlilabad rayon komitəsinin dəstəyi ilə şəhid Rahib Rüstəmovun ailəsi və qazi İsmayıl Aslanov ziyarət olunub.

Ziyarət zamanı Masallı Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayon üzrə nümayəndəsi Elnur Atakişiyev, MİHİ-nin Cəlilabad rayon komitəsinin sədri Cəbrayıl Gözəlov, Cəlilabad rayon Mədəniyyət Mərkəzinin direktoru Ramil İbrahimov, həmçinin mədəniyyət müəssisələrinin nümayəndələri şəhidin ailə üzvləri ilə və qazi İsmayıl Aslanovla görüşərək onlara bayram sovqatları təqdim ediblər.