Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

2022-ci ilin yekunları və qarşıda duran vəzifələr

23.12.2022

Dekabrın 23-də Masallı Tarix-Diyarşünaslıq Muzeyində Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncovun sədrliyi ilə 2022-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş seminar-müşavirə keçirilib.

Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Hesabat məruzəsi ilə çıxış edən idarənin rəisi Bəxtiyar Qılıncov mədəniyyət müəssisələrinin cari ildə fəaliyyətlərinin müxtəlif aspektlərinə toxunaraq, əldə olunmuş uğurlardan, yol verilmiş nöqsanlardan, 2023-cü ildə qarşıda duran vəzifələrdən danışıb.

Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə bağlı həyata keçirilmiş tədbirlərdən söz açan Bəxtiyar Qılıncov vurğulayıb ki, 2022-ci ildə 5 nəfər şəhid ailəsi, 4 nəfər qazı ailəsi üzvləri və 3 nəfər qazi mədəniyyət müəssisələrində işlə təmin olunub.

Seminar-müşavirədə  idarə rəisi rayonun mədəniyyət müəssisələrində ödənişli xidmətlərin göstərilməsi, optimallaşdırma, müasir dövrdə klub və kitabxana şəbəkəsinin uğurlu fəaliyyətinin təşkili barədə geniş fikir mübadiləsi aparıb.

Sonra Yardımlı rayon Uşaq Musiqi Məktəbinin direktoru Zeyni Əkbərov, Cəlilabad rayon Heydər Əliyev Mərkəzinin direktoru Ofeliya Qəhrəmanova, Cəlilabad Dövlət Rəsm Qalereyasının müdiri Elçin Nəzərov, Masallı Dövlət Rəsm Qalereyasının müdir əvəzi Təhmasib Məcidov məruzəsi ilə çıxış ediblər.