Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Sarəng” sənədli filmi Masallıda təqdim olundu

22.12.2022

Dekabrın 22-də Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində "Masal prodakşn"ın istehsalı olan "Sarəng" sənədli filminin təqdimatı keçirilib.

Təqdimat mərasimində YAP Masallı rayon Təşkilatının sədri Seyfəddin Əliyev, Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, Masallı RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Abbas Abbaszadə, idarə-müəssisə rəhbərləri, rayon ictimaiyyəti, media nümayəndələri iştirak edib.

Əvvəlcə şəhidlərin və Mir Kazım Aslanlının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Qeyd edək ki, tanınmış bəstəkar, şair, həkim, alim Mir Kazım Aslanlı Sarəngin həyat və yaradıcılığından bəhs edən sənədli filmin ideya və ssenari müəllifi Cəfər Cəfərov, quruluş və təsvir rejissoru Elsevər Əliyev, montaj rejissoru Faiq Mirzə, məsləhətçisi Nurəddin Ədiloğludur. Filmdə Mir Kazım Aslanlı obrazını  Masallı Xalq Teatrının rejissoru Cəmaləddin Əliyev canlandırıb.

Film Masallı Rayon İcra Hakimiyyəti, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi və Gözəl Yaşam Mərkəzinin dəstəyi ilə ərsəyə gəlib.

Ekran əsrində Xalq artisti Flora Kərimova, Xalq şairi Sabir Rüstəmxanlı və şair-həkim Paşa Qəlbinurun Sarənglə bağlı fikirləri yer alıb.

 Mir Kazım Aslanlı 1912-ci ildə Masallı rayonunun İsi kəndində bəy ailəsində anadan olub. O, doğulduğu il atası vəfat edib. Onu anası Mehrac xanım, babası Mirabdulla bəy böyüdüb, boya-başa çatdırıb.

XX əsrin 60-cı illərində İstisuyun, həqiqətən də, müalicəvi olmasını Mir Kazım Aslanlı sübut edib. O, həmçinin Dəmbəlov dağının döşündən çıxan isti su ilə revmatizm, oynaq ağrıları, artroz kimi fəsadların və bir çox xəstəliklərin müalicə olunmasını sübut edib.

Tədbirdə çıxış edənlər "Sarəng" sənədli filminin ərsəyə gəlməsində zəhməti olanlara təşəkkürlərini bildiriblər.