Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Vətənin ölməz oğulları

21.12.2022

Dekabrın 21-də  Masallı Tarix-Diyarşünaslıq Muzeyində Birinci Qarabağ və Vətən müharibəsi Qəhrəmanlarının tanıdılması məqsədilə “Vətənin ölməz oğulları” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.

Masallı Tarix -Diyarşünaslıq Muzeyi, Dövlət Rəsm Qalereyası, “Ümidim sənsən” Sosial İnkişafa Yardım İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə mədəniyyət nümayəndələri, Masallı Dövlət Regional Kollecinin tələbələri, şəhid ailələri iştirak edib.

Əvvəlcə Vətənin azadlığı uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva keçirilən tədbirin və layihənin əhəmiyyətindən danışıb. Sonra muzeyin əməkdaşı Nazənin Heydərzadə dekabr ayında doğulan, Birinci Qarabağ və 44 günlük Vətən müharibəsində döyüşmüş əsgər, həmçinin zabitlər haqqında geniş məlumat verərək, onların valideynlərinə dərin ehtiramını ifadə edib.

Tədbirdə çıxış edən “Ümidim sənsən” sosial inkişafa yardım ictimai birliyinin nümayəndəsi Fidan Abbaslı, muzeyin əməkdaşı Dilgüşə Məmmədova xalqımızın minlərlə qəhrəman övladının canı-qanı sayəsində əldə edilməsindən ətraflı danışıblar.

Sonra Öncəqala kənd tam orta məktəbinin şagirdlərinin ifasında şəhidlərə həsr edilmiş kompozisiya dinlənilib.

Yekunda tədbirdə iştirak edən, noyabr ayında doğulan şəhid ailələrinə layihə təşkilatçıları “Təşəkkürnamə” lər təqdim olunub, xatirə şəkilləri çəkilib.