Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yaddaşlardan silinməyən sənət fədaisi

20.12.2022

Dekabrın 20-də Yardımlı rayon Heydər Əliyev Mərkəzində Əhməd Bakıxanovun 130 illiyinin qeyd olunması ilə əlaqədar "Yaddaşlardan silinməyən sənət fədaisi" adlı tədbir keçirilib.

Tədbirdə rayon gəncləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə Azərbaycan milli musiqisində əvəzsiz yeri olan, ustad tarzən Əhməd Bakıxanovun həyat və fəaliyyəti barədə geniş məlumat verib.

Sonra sənətkara həsr edilmiş videoçarx nümayiş olunub.