Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qəhrəmanlıq salnaməsi

20.12.2022

Dekabrın 20-də Cəlilabad rayon Heydər Əliyev Mərkəzində “Qəhrəmanlıq salnaməsi” adlı tamaşa nümayiş olunub.

Tədbirdə rayon rəsmiləri, mədəniyyət nümayəndələri, şəhid və qazı ailələri, həmçinin gənclər iştirak edib.

Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Masallı və Cəlilabad Xalq Teatrı aktyorlarının iştirakı ilə hazırlanmış tamaşa izləyicilər tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, tamaşa ikinci Qarabağ döyüşlərində iştirak etmiş şəhid Bayram, qazı Nurlan və Vüqar Babaşov qardaşlarının keçdiyi döyüş yolundan bəhs edir.