Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tarixi xidmətləri ilə ölməzlik qazanan dahi

14.12.2022

Dekabrın 14-də Yardımlı rayon Heydər Əliyev Mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Yardımlı nümayəndəliyinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyev irsinin təbliğinə həsr olunmuş "Tarixi xidmətləri ilə ölməzlik qazanan dahi" mövzusunda tədbir keçirilib.

Tədbirdə Yardımlı rayon Şıxlar kənd orta məktəbinin müəllim və şagird kollektivi iştirak edib.

İlk öncə Ulu Öndərin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Mərkəzin baş fond mühafizi Zeynəb Məmmədzadə xalqımızın qəlbində taxt quran Heydər Əliyevin zamanın axarını dəyişərək Azərbaycanın dirçəlməsinə yönəldilən əvəzsiz xidmətləri barədə geniş məlumat verib.

Yekunda iştirakçılar mərkəzdə təşkil olunan sərgilərə və ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlara baxış keçirib.