Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Erkən nikaha yox deyək!

14.12.2022

Dekabrın 14-də Yardımlı rayon Heydər Əliyev Mərkəzinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Yardımlı nümayəndəliyinin, S.N.Abıyev adına Köryədi kənd orta məktəbinin, Yardımlı rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə mərkəzdə "Erkən nikaha yox deyək!" adlı tədbir keçirilib.

Tədbirdə  Yardımlı rayon Polis şöbəsinin əməkdaşı Tural Quliyev də iştirak edib.

Tədbiri giriş sözü ilə açan mərkəzin baş fond mühafizi Zeynəb Məmmədzadə erkən nikahın yaranma səbəbləri, fəsadları barədə məlumat verib.

Sonra Tural Quliyev mövzu ilə bağlı geniş məruzə edib.

Yekunda erkən nikahın fəsadlarından bəhd edən sənədli film nümayiş olunub.