Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qəhrəmanlar unudulmur

12.12.2022

Dekabrın 12-də Masallı rayon Mərkəzi Kitabxanasında Azərbaycanın Milli Qəhrəmanı Elşad Əhədovun xatirəsinə həsr edilmiş “Qəhrəmanlar unudulmur” adlı tədbir keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin, Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Rasif Dadaşov torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə canını əsirgəməyən Vətən övladlarının hər zaman qürur yerimiz olacağını bildirib. Sonra kitabxanın digər əməkdaşı Həbibə Hüseynova məruzə ilə çıxış edərək qeyd edib ki, belə Vətən övladlarından biri də Əhədov Elşad Saday oğlu olub. Daha sonra Milli Qəhrəmanın həyatı və şərəfli döyüş yolu haqqında ətraflı məlumat verilib.