Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Heydər Əliyev unudulmaz dahi şəxsiyyətdir!

12.12.2022

Dekabrın 12-də Cəlilabad rayon Heydər Əliyev Mərkəzinin, GİKM-nin Cəlilabad nümayəndəliyinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş "Heydər Əliyev unudulmaz dahi şəxsiyyətdir!" mövzusunda tədbir keçirilib.

Cəlilabad rayon Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə əvvəlcə Ümummilli Liderin abidəsi ziyarət olunub. Sonra ülu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə mərkəzin direktoru Ofeliya Qəhrəmanova,  Cəlilabad şəhər 4 nömrəli tam orta məktəbin müəllimi və YAP 4 nömrəli ərazi partiya təşkilatının sədri Fərqanə Məmmədova, Cəlilabad rayon Mədəniyyət Mərkəzinin direktoru Ramil İbrahimov, Qadın Resurs Mərkəzinin direktoru Xumarə Xəlilova, Türkan İsazadə və gənclər çıxış edib.

Çıxışlarda müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi haqqında fikirlər səsləndirilib. Yekunda ulu öndər Heydər Əliyev haqqında video izlənilib.

.