Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda ümummilli lider Heydər Əliyevin anım günü qeyd olunub

12.12.2022

Dekabrın 12-də Cəlilabad rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ulu öndərin abidəsini ziyarət edib. Sonra ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan Masallı Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayon üzrə nümayəndəsi Elnur Atakişiyev ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında danışıb.Sonra tədbir iştirakçıları mövzu ilə bağlı fikirlərini ifadə edib.

Yekunda mərkəzinin foyesində Ümummilli liderin rəsm sərgisinə baxış keçirilib və Azərbaycan xalqının xilaskarı adlı video slayd izlənilib.