Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xilaskarlıq missiyasını uğurla tamamlayan dahi

12.12.2022

Dekabrın 12-də Yardımlı rayon Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar "Xilaskarlıq missiyasını uğurla tamamlayan dahi" adlı tədbir keçirilib.

Tədbirdə Masallı Regional Mədəniyyət İdarəsinin Yardımlı rayon üzrə nümayəndəsi Ayaz Əliyev, Yardımlı rayon mədəniyyət müəssisələrinin əməkdaşları, S.N.Abıyev adına Köryədi kənd orta məktəbinin müəllim və şagird kollektivi iştirak edib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını qurban verən şəhidlərimizin xatirələri bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan Ayaz Əliyev ulu öndərin həyat və fəaliyyəti, Azərbaycan dövləti qarşısındakı danılmaz xidmətləri barədə geniş məruzə edib.

Sonra Yardımlı Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Zeynəb Məmmədzadə milli sərvətimizə çevrilən ulu öndər irsinin təbliği məqsədilə həyata keçirilən tədbirlərdən və eyni zamanda yenilməzlik rəmzi olan Azərbaycan ordusuna ümummili liderin qayğısından danışıb.

Daha sonra Yardımlı rayon Tarix-diyarşünaslıq muzeyinin baş fond mühafizi İlqar Həsənov ulu öndərin Azərbaycan mədəniyyətinə göstərdiyi diqqət və qayğıdan söz açıb.

Yekun olaraq tədbir iştirakçıları ulu öndərin anım gününə həsr olunan "Unudulmaz dahi" adlı rəsm sərgisi ilə tanış olublar.