Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş inşa müsabiqəsi

10.12.2022

Dekabrın 10-da Cəlilabad rayon Kövüzbulaq kənd mədəniyyət evinin və Zəhmətabad kənd Tahir Bağırov adına tam orta məktəbinin birgə təşkilatçılığı ilə məktəbdə ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş inşa müsabiqəsi keçirilib. 

Tədbirdə Kövüzbulaq kənd ərazi nümayəndəsi, məktəblərin müəllim və şagird kollektivi, mədəniyyət nümayəndələri iştirak edib.

Müsabiqə Musalı kənd və Zəhmətabad kənd T. Bağırov adına orta məktəb şagirdlərinin iştirakı ilə keçirilib. 

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib. Sonra ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 

Tədbiri giriş sözü ilə açan Kövüzbulaq kənd mədəniyyət evinin Bədii rəhbəri Tural Ağazadə dahi şəxsiyyətin keçdiyi ömür yolundan və yürütdüyü uğurlu siyasətdən danışıb.

Sonra Zəhmətabad kənd məktəbinin direktoru Namiq Rzayev və ərazi nümayəndəsi Alim Nadirov öz fikirlərini ifadə edib.

Yekunda müsabiqənin qaliblərinə mədəniyyət evi tərəfindən diplomlar təqdim olunub.