Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Heydər adlı günəş sönməz

10.12.2022

Dekabrın 10 -da Cəlilabad rayon Privolnoye kənd mədəniyyət evi və kitabxana filialının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş "Heydər adlı günəş sönməz" mövzusunda tədbir keçirilib

Əvvəlcə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Privolnoye kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Habil Abışov Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edərək vurğulayıb ki, bunlar onu göstərir ki, ictimai-siyasi quruluşdan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə əsl lider, əsl öndər idi. Məhz buna görə 1993-cü ildə - xalqımızın ən ağır anlarında xalq ona üz tutmuş, hakimiyyətə dəvət etmiş və ondan sonra Azərbaycanın sabitlik və inkişaf dövrü başlamışdır.

Sonra mədəniyyət evinin əməkdaşı Təranə Musayeva  və kitabxanaçı Şəfəq Məmmədova çıxışlarında bildiriblər ki, tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin, qüdrətli siyasi xadimin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilmişdir.