Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycan dövlətinin xilaskarı və qurucusu

10.12.2022

Dekabrın 10-da Cəlilabad rayonunun Sabirabad kənd klubunda  Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş  tədbir keçirilib. 

Tədbirdə Sabirabad kənd klubunun və kitabxanasının, kənd həkim məntəqəsinin əməkdaşları  və Nizami Məmmədov  adına Sabirabad kənd 1 saylı tam orta məktəbin şagirdləri iştirak edib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərdə həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Sonra Sabirabad kənd klubunun müdiri Kəmalə Bağırova çıxış edərək ulu öndərin həyat və fəaliyyəti ilə əlaqədar tədbir iştirakçılarına ətraflı məlumat verib.

Tədbirdə Sabirabad kənd kitabxanasının müdiri Heyran Abasova, kənd  həkim məntəqəsinin əməkdaşı Azadə Bağırova mövzu ilə bağlı fikirlərini ifadə ediblər. 

Yekunda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş " Tarixin memarı" adlı sərgiyə baxış keçirilib.