Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Səni daim qəlbimizdə yaşadacağıq Ulu Öndər

09.12.2022

Dekabrın 9-da Cəlilabad rayon Babalı kənd kitabxana fillialının və  Babalı kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə məktəbdə "Səni daim qəlbimizdə yaşadacağıq Ulu Öndər" mövzuduna tədbir keçirilib.

İlk öncə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin və ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Babalı kənd kitabxana fillialının müdiri Fəridə Əzizova məruzə ilə çıxış edərək birldirib ki, dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin özünəməxsus yeri vardır.

Yekunda şagirdlər mövzu ilə bağlı fikirlərini ifadə ediblər.