Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zamanın fövqündə dayanan lider

09.12.2022

Dekabrın 9-da Masallı rayon Mərkəzi Kitabxanasında müasir Azərbaycan dövlətçiliyinin banisi, ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Zamanın fövqündə dayanan lider” adlı tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə ilk çıxış edən kitabxananın direktor əvəzi Zamin Məmmədov müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və böyük şəxsiyyət ulu öndər Heydər Əliyevin şərəfli ömür yolundan, Vətən və millət qarşısında misilsiz xidmətlərindən danışıb.

Sonra kitabxana əməkdaşları Rasif Dadaşov və Arzu Hüseynova çıxış edərək vurğulayıblar ki, Ulu öndər Heydər Əliyevin 1993-cü ilin 15 iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyinin müqəddəratı baxımından mühüm tarixi hadisə kimi yadda qalmışdır. Azərbaycan müstəqillik qazandıqdan sonra dövlətçiliyin olduqca çətin sınaqlarla üz-üzə qaldığı anlarda Ulu öndər Heydər Əliyevin ölkəni ağır durumdan xilas etmək üçün məsuliyyəti öz üzərinə götürməsi onun öz xalqına qarşı sonsuz sevgisinin bariz nümunəsi idi.