Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xalqına həsr edilən bir dahi ömrü

09.12.2022

Dekabrın 9-da Masallı Tarix -Diyarşünaslıq Muzeyində ulu öndər Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar olaraq “Xalqına həsr edilən bir dahi ömrü” mövzusunda tədbir keçirilib.

Tədbirdə Qəhrəman İsmayılov adına Şərəfə kənd tam orta məktəbinin müəllim və şagird kollektivi iştirak edib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan Muzeyinin direktoru Əntiqə Tağıyeva Heydər Əliyevin Azərbaycana rəhbər olduğu dövrlərdə siyasi və iqtisadi cəhətdən ölkədə təməlini qoyduğu böyük işlərdən danışıb.

Sonra 1980- cı ildə Heydər Əliyevin Masallıya etdiyi səfəri zamanı dahi şəxsiyyətlə görüşən tarix müəllimi Sərmayə Musayeva həmin günlərlə bağlı xatirələrindən söhbət açıb.

Tədbirdə çıxış edən Şərəfə kənd tam orta məktəbin direktoru  Gülcan Kərimova, müəllimə Arzu Qasımov, Ülviyyə Cəfərova Azərbaycanın tarixi salnaməsində hər zaman yeri və izi görünən dahi şəxsiyyət Heydər Əliyevlə bağlı fikirlərini ifadə ediblər.

Yekunda şagirdlərin Ulu Öndərə həsr edilən serlər səsləndirilib, həmçinin Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən  sənədli filmi izlənilib.