Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ulu öndər və gəncliyimiz!

09.12.2022

Dekabrın 9-da Yardımlı rayon Heydər Əliyev Mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Yardımlı nümayəndəliyinin birgə təşkilatçılığı ilə mərkəzdə ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar "Ulu öndər və gəncliyimiz" adlı növbəti tədbir keçirilib.

Tədbirdə Vəlixanlı kənd orta məktəbinin rəhbərliyi, müəllim və şagird kollektivi iştirak edib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirələri bir dəiqəlik sükutla yad olunub.

Sonra mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə ulu öndərin tarixi xidmətlərindən və Azərbaycan gəncliyinə olan diqqət və qayğısından bəhs edib.

Tədbirdə çıxış edən məktəbin direktoru Zahir Rufullayev mövzu ilə bağlı fikirlərini ifadə edib.

Yekunda tədbir iştirakçıları mərkəzdə olan sərgilər, o cümlədən ümummilli liderin dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.