Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qələmini silaha çevirən yazıçı

09.12.2022

Dekabrın 9-da Masallı rayon Mərkəzi Kitabxanasında müasir Azərbaycan yazıçısı, jurnalist, dramaturq Nüşabə Məmmədlinin 76 illiyi ilə əlaqədar “Qələmini silaha çevirən yazıçı” başlığı altında tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan kitabxananın əməkdaşı Gülər Piriyeva Nüşabə Məmmədlinin həyat və yaradıcılığı haqqında iştirakçılara məlumat verib.  

Sonra kitabxananın digər əməkdaşı Arzu Hüseynova məruzə ilə çıxış edərək yazıçının bir çox əsərlərində həyatın şəraitlər ilə savaşan bir güclü qadın obrazı yaratdığını və tarixi motivlərə əsaslandığını diqqətə çatdırıb.