Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Müstəqil Azərbaycanın qurucusu

09.12.2022

Yardımlı rayon Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar "Müasir Azərbaycanın qurucusu" adlı tədbir keçirilib.

Tədbirdə Bürzümbül kənd orta məktəbinin müəllim və şagird kollektivi iştirak edib. İlk öncə ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açsan Mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə ümummilli lider Heydər Əliyevin apardığı uğurlu siyasətin nəticəsi olaraq  ölkəmizin dünya arenasına daxil olmasından danışıb.

Sonra tədbir iştirakçıları mərkəzdə təşkil olunan sərgilərlə, o cümlədən ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış edilib. Yekunda xatirə fotoları çəkilib.