Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xalqa həsr edilən ömür

08.12.2022

Dekabrın 8-də Yardımlı rayon Mərkəzi kitabxanasında ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Xalqa həsr edilən ömür” adlı dəyirmi masa keçirilib.

Tədbirdə Yardımlı rayon Peşə məktəbinin müəllim və şagird kollektivi və digər oxucular iştirak edib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin və torpaqlarımız uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra  MKS-in direktoru Rahim Səfərov tədbirin mahiyyəti haqqında məlumat verib.

MKS-in Xidmət şöbəsinin müdiri Vasif Abdulov geniş məruzə edərək vurğulayıb ki, ümummilli lider Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.

Yardımlı rayon Peşə məktəbinin direktoru Qabil Ağayev qeyd edib ki, Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi, yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki, həmçinin mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Sonra oxuculardan Ramiz Orucov, Fərid Yusifov, Rizvan Adışov mövzu ilə bağlı fikirlərini ifadə ediblər.

Yekunda “12 dekabr- Ümumilli lider Heydər Əliyevin anım günüdür” başlıqlı sərgiyə baxış keçirilib.