Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Heydər Əliyev irsi

08.12.2022

Dekabrın 8-də Masallı Tarix -Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə  Ulu Öndər Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar  Dəfinə məktəb-liseyində  “Heydər Əliyev irsi” mövzusunda tədbir keçirilib.

Tədbirdə  liseyin şagird və müəllimləri iştirak ediblər.

Əvvəlcə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan liseyin direktor müavini Əhməd Məmmədov  Heydər Əliyevin Azərbaycan Respublikasının müstəqillik tarixində göstərdiyi  böyük xidmətlərdən danışıb

Sonra muzeyin əməkdaşı Çingiz Qurbanov mövzu ilə bağlı geniş mühazirə edib.