Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycanın xilaskarı-Heydər Əliyev

08.12.2022

Dekabrın 8-də Masallı Tarix -Diyarşünaslıq Muzeyinin ərazi partiya təşkilatında Ulu öndər Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar olaraq “Azərbaycanın xilaskarı-Heydər Əliyev” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Tarix- Diyarşünaslıq Muzeyinin ərazi partiya təşkilatının sədri Əntiqə Tağıyeva Heydər Əliyevin 40 ili əhatə edən bir dövrdə Azərbaycan uğrunda öz əməli fəaliyyəti ilə, planlı və məqsədyönlü şəkildə mübarizə həmçinin mücadilə apardığından danışıb.

Sonra Tarix-Diyarşünaslıq Muzeyinin ərazi partiya təşkilatının sədr müavini Dilgüşə Məmmədova və Masallı Dövlət Rəsm Qalereyasının direktor işini icra edən Təhmasib Məcidov çıxış edərək  Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ürəyinin ən dərin qatlarına qədər milli lider olduğunu nümayiş etdirməsini qeyd ediblər.

Yekunda tədbir iştirakçıları Heydər Əliyev mərkəzinə ekskursiya edib və Ulu Öndərin abidəsi ziyarət olunub.