Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Heydər Əliyev Mərkəzinə ekskursiya

07.12.2022

Dekabrın 7-də Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar bir qrup gənc Masallı rayon Heydər Əliyev Mərkəzinə ekskursiya edib.

Gənclər əvvəlcə Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Ekskursiya zamanı gənclərə dünya şöhrətli siyasətçi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin mənalı həyatı və çoxşaxəli siyasi fəaliyyəti barədə ətraflı məlumat verilib.

Yekunda gənclər Ümummilli liderin həyat və fəaliyyətinə həsr olunmuş sənədli filmə baxıblar.