Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Dahi şəxsiyyət

07.12.2022

Dekabrın 7-də Masallı Tarix -Diyarşünaslıq Muzeyində ulu öndər Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar “Dahi şəxsiyyət” mövzusunda Tarix dərs keçirilib.

Tarixi dərsində şəhid Əfqan Mirzəyev  adına Qızılavar kənd tam orta məktəbin şagird və müəllimləri iştirak ediblər.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan muzeyin əməkdaşı Çingiz Qurbanov mövzu ilə bağlı məruzə edib.

Sonra muzeyin elmi işçisi Dilgüşə Məmmədova, Qızılavar kənd tam orta məktəbinin direktor müavini Elşən Ağayev, müəllim  Coşqun Fərziyev  çıxış edərək Heydər Əliyevin Azərbaycan Respublikasının müstəqillik tarixindəki və dünya siyasi postunda tanıdılmasındakı əvəzsiz xidmətlərindən danışıblar.

Tarix dərsinin sonunda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş olunub. Yekunda şagirdlər muzeyə ekskursiya ediblər.