Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhidlər zəfər salnaməsinin unudulmaz qəhrəmanlarıdır

03.12.2022

Dekabrın 3-də Masallı rayon Mərkəzi Kitabxanasında torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Sehran Hacıyev və Nurlan Əsgərlinin doğum günü ilə əlaqədar “Şəhidlər zəfər salnaməsinin unudulmaz qəhrəmanlarıdır” mövzusunda tədbir keçirilib.

Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra kitabxananın əməkdaşı Gülər Piriyeva “Şəhid qanı axmayan torpaqdan vətən olmaz” başlıqlı sərginin qarşısında mövzu ilə bağlı məruzə edib.