Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Beynəlxalq Əlillər Günü

01.12.2022

Dekabrın 1-də Yardımlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) oxu zalında Yardımlı rayon Peşə məktəbinin kollektivi ilə birlikdə “Beynəlxalq Əlillər Günü”mövzusunda dəyirmi masa keçirilib.

İlk öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə MKS-in direktoru Rahim Səfərov açaraq iştirakçıları salamlayıb və tədbirin mahiyyəti haqqında məlumat verib. Sonra MKS-in şöbə müdiri Vasif Abdulov məruzə edib.

Tədbirdə Peşə məktəbinin direktoru Qabil Ağayev, MKS-in əməkdaşı Güloğlan İmanov çıxış edərək mövzu ilə bağlı fikirlərini ifadə ediblər.