Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Hər birimizin yaşamaq haqqı var

02.12.2022

Dekabrın 2-də Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Masallı Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə muzeydə 3 dekabr – Beynəlxalq Əlillər Günü ilə əlaqədar “Hər birimizin yaşamaq haqqı var” mövzusunda tədbir keçirilib.

Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva Azərbaycanda dövlət tərəfindən fiziki qüsurlu insanların sosial rifahının yüksəldilməsi istiqamətində görülən mühüm işlərdən və bu qəbildən olan insanların sosial təminatının ildən-ilə daha da yaxşılaşmasından danışıb.

Sonra muzeyin əməkdaşı Lalə Nəzərova mövzu ilə bağlı geniş məruzə edib.

Tədbirdə Qalereyanın direktor işini icra edən Təhmasib Məcidov, muzeyin elmi işçisi Dilgüşə Məmmədova çıxış edərək mövzu ilə bağlı fikirlərini ifadə ediblər. Natiqlər vurğulayıblar ki, ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən geniş miqyaslı tədbirlərin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və bu yol onun layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən bu gün də davam etdirilir.