Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tarix yazıb, tarixə həkk olan əbədiyaşar lider

01.12.2022

Dekabrın 1-də Yardımlı rayon Heydər Əliyev Mərkəzində 12 dekabr ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar "Tarix yazıb, tarixə həkk olan əbədiyaşar lider" mövzusunda tədbir keçirilib.

Tədbirdə Yardımlı rayon Dəlləkli kənd ümumi orta məktəbinin müəllim və şagird kollektivi iştirak edib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə Azərbaycan xalqının milli sərvətinə çevrilən ümummilli lider Heydər Əliyev irsindən əhatəli şəkildə söz açıb.

Yekunda tədbir iştirakçıları mərkəzdə təşkil edilən sərgilər, həmçinin ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.