Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Uşaqların zərərli informasiyalardan qorunması

15.11.2022

Noyabrın15-də Masallı rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı” çərçivəsində Sakit Tağıyev adına şəhər 4 saylı orta məktəbində “Uşaqların zərərli informasiyalardan qorunması” mövzusunda tədbir keçirilib. Tədbirdə məktəbin 5-ci sinif şagirdləri iştirak ediblər.

Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Şəmsurə Nəsirova bildirib ki, hazırda bütün dünyada olduğu kimi ölkəmizdə də internet resurslarından istifadə edilməsi geniş vüsət almışdır. Cəmiyyətin bütün fərdləri kimi uşaqlar da elektron vasitələrin verdiyi imkanlardan yararlanıb müxtəlif məzmunda informasiya ilə tanış ola bilir. Uşaqlar internet platformasında onların dünyagörüşünün inkişafına,biliklərinin artmasına müsbət təsir göstərən məlumatlarla yanaşı onların psixikasına,tərbiyəsinə zərər vuran informasiyaların da axınına məruz qalır. Həmçinin çıxışda qeyd olunub ki, uşaqları zərərli informasiyalardan qorumaq üçün müdafiə mexanizminə ehtiyac var.

Sonra çıxış edən kitabxananın əməkdaşı Arzu Hüseynova uşaqları internet resurslarından mövcud olan zərərli informasiyalardan uzaq durmağa, intellektual xarakterli,maarifləndirmə funksiyası daşıyan informasiyalardan istifadə etməyə çağırıb.