Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Nağıl saatı

15.11.2022

Noyabrın 15-də Masallı rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Sakit Tağıyev adına şəhər 4 saylı orta məktəbində “Nağıl saatı” keçirilib.

Tədbirdə nağılların tərbiyəvi əhəmiyyəti uşaqlara aşılanıb, onlar bir neçə dəqiqəlik də olsa ətraf aləmdən ayrılıb nağıl qəhrəmanlarının dünyasına səyahət ediblər.

Kitabxananın əməkdaşı Şəmsurə Nəsirova uşaqlar üçün təşkil olunmuş nağıl saatında uşaqlara “Cırtdan”, “Tıq-tıq xanım”, “Məlikməmməd” nağılı ilə yanaşı, digər Azərbaycan və dünya xalq nağıllarını da oxuyub.