Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Uşaqlar bizim gələcəyimizdir

16.11.2022

Noyabrın 16-da Masallı rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı” çərçivəsində Şərəfə kənd uşaq bağçasında “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan kitabxananın Xidmət şöbəsinin müdiri Gülər Piriyeva bildirib ki, hazırda bütün dünyada olduğu kimi, ölkəmizdə də uşaq hüquqları insan hüquqları anlayışının bir hissəsi kimi dəyərləndirilir.

Sonra 28 saylı Şərəfə kənd kitabxana filialının əməkdaşı Fəridə Mehtiyeva, Şərəfə kənd Folklor evinin müdiri Dürdanə Hüseynova və bağçanın müdiri İlahə Məmmədova çıxış edərək bildiriblər ki, gələcəyimiz olan uşaqlara qayğı ilə yanaşmaq hər kəsin mənəvi borcudur.

Yekunda balaca fidanların ifasında şeirlər səsləndirilib.