Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gələcək nəsillərə tariximizi öyrədək

25.11.2022

Noyabrın 24-də Masallı rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə İntiqam Əsgərli adına Masallı şəhər 3 saylı tam orta məktəbdə “Gələcək nəsillərə tariximizi öyrədək” mövzusunda tədbir keçirilib.

Tədbirdə çıxış edən kitabxana əməkdaşları Arzu Hüseynova və Lətafət Əlirzayeva Azərbaycanın tarixi keçmişi haqqında 8-ci sinif şagirdlərinə məlumat veriblər. Sonra tədbir müzakirə formatında davam edib.