Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Unudulmaz dahi şəxsiyyət

29.11.2022

Noyabrın 29-da Yardımlı rayon Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyev irsinin təbliği məqsədilə "Unudulmaz dahi şəxsiyyət" mövzusunda növbəti tədbir keçirilib.

Tədbirdə M.A.İmanov adına Ostayr kənd orta məktəbinin müəllim və şagird kollektivi iştirak edib. Əvvəlcə həm ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə Azərbaycana rəhbərliyinin hər iki dönəmində ulu öndərin tarixin gedişini dəyişəcək qərarlarla xalqımızı önə aparmasından söz açıb.  Z.Məmmədzadə qeyd edib ki, yaxın tarixə nəzər salanda bir daha şahid oluruq ki, Heydər Əliyev dühasının xalqı, vətəni yolunda etdiyi fədakarlıqlar, göstərdiyi xidmətlər, atdığı addımlar unudulmazdır.

Tədbirin sonunda iştirakçılar mərkəzdə təşkil olunan sərgilər və ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.