Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Vətənin ölməz oğulları

29.11.2022

Noyabrın 29-da  Masallı Tarix-Diyarşünaslıq Muzeyində Birinci Qarabağ və Vətən müharibəsi Qəhrəmanlarının tanıdılması məqsədilə “Vətənin ölməz oğulları” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.

Masallı Tarix -Diyarşünaslıq Muzeyi, Dövlət Rəsm Qalereyası, “Ümidim sənsən” Sosial İnkişafa Yardım İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Qarabağ  Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Masallı Rayon filialının(QMƏŞAİB) sədri Nahid Rəhimov , Masallı RİHB aparatının Vətən Müharibəsi  iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin Böyük məsləhətçisi Nurlan Muradov, şəhid ailələri, mədəniyyət işçiləri , Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Masallı nümayəndələri iştirak edib.

Əvvəlcə Vətənin azadlığı uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva keçirilən tədbirin və layihənin əhəmiyyətindən danışıb. Sonra muzeyin əməkdaşı Sevinc Əliyeva oktyabr ayında doğulan, Birinci Qarabağ və 44 günlük Vətən müharibəsində döyüşmüş əsgər, həmçinin zabitlər haqqında geniş məlumat verərək, onların valideynlərinə dərin ehtiramını ifadə edib.

Tədbirdə çıxış edən “Ümidim sənsən” sosial inkişafa yardım ictimai birliyinin nümayəndəsi Fidan Abbaslı, Rəsm Qalereyasının direktor vəzifəsini icra edən Təhmasib Məcidov, Qarabağ  Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Masallı Rayon filialının(QMƏŞAİB) sədri Nahid Rəhimov ,Vətən Müharibəsi  iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin Böyük məsləhətçisi Nurlan Muradov 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərin Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında  xalqımızın minlərlə qəhrəman övladının canı-qanı sayəsində əldə edilməsindən ətraflı danışıblar. Həmçinin natiqlər qeyd ediblər ki, ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasəti sayəsində xalqımıza ucalıq bəxş edən oğullar, onların ailələri və övladlarına daima dövlətin qayğısı göstərilir.

Yekunda tədbirdə iştirak edən, noyabr ayında doğulan şəhid ailələrinə layihə təşkilatçıları “Təşəkkürnamə” lər təqdim olunub, xatirə şəkilləri çəkilib.