Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İnsan alverinin qurbanı olma!

24.11.2022

Noyabrın 24-də Yardımlı rayon Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikasının insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı"nın icrasına uyğun olaraq "İnsan alverinin qurbanı olma!" mövzusunda tədbir keçirilib.

Tədbirdə Yardımlı rayon Bozayran kənd orta məktəbinin müəllim və şagird kollektivi iştirak edib. İştirakçılarını salamlayaraq sözə başlayan Mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə ümumbəşəri bəla olan, bütün dünya dövlətlərinin, o cümlədən ölkəmizin mübarizə apardığı insan alveri barədə geniş məlumat verib.  

Sonra tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlar, həmçinin mərkəzdə təşkil edilmiş sərgilərlə tanış olublar.