Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Narkomaniya və insan alverinin fəsadları

23.11.2022

Noyabrın 23-də Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Masallı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə Gənclər Mərkəzində “Narkomaniya və insan alverinin fəsadları” mövzusunda tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin və Polis Şöbəsinin Yetkinlik Yaşına çatmayanların işləri üzrə nümayəndələri , kollecin tələbələri və gənclər iştirak edib.

İlk öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbiri giriş sözü ilə açan Masallı Dövlət Regional Kollecinin direktor müavini Dilarə Hüseynova tədbirin keçirilmə məqsədi və mahiyyəti haqqında iştirakçılara məlumat verib.

Sonra muzeyin direktoru Əntiqə Tağıyeva, Masallı Rayon Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanların işləri üzrə baş inspektoru Samid Əliyev, DQİDK-nin Masallı bölgəsi üzrə şöbə müdiri Elvin Hüseynli  çıxış edərək zərərli informasiyalar, insan alveri, məcburi əmək, narkotik vasitələr, psixotrop maddələr, onların prekursorlarının qanunsuz dövriyyəsi və bu kimi pis vərdişlərin cəmiyyətimizdə yaratdığı mənfi təsirlərdən geniş danışıblar.

Yekunda mövzu ilə bağlı videoçarx nümayiş olunub və gənclərin sualları cavablandırılıb.