Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Erkən nikahlar insan hüquqlarının pozulmasıdır

22.11.2022

Noyabrın 22-də Cəlilabad rayon Heydər Əliyev Mərkəzi, Ombudsmanın Cənub Regional Mərkəzi, Gənclərin İnkişaf və Kariyera mərkəzinin Cəlilabad nümayəndəliyinin birgə əməkdaşlığı ilə “Erkən nikahlar insan hüquqlarının pozulmasıdır” mövzusunda tədbir keçirilib.

Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə sözügedən müəssisələrin əməkdaşları, mədəniyyət nümayəndələri və gənclər iştirak edib.

Tədbirdə çıxış edən Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov gənclər arasında ailənin və nikahın əhəmiyyəti, ailənin qorunması, möhkəmləndirilməsi, erkən nikahın, eləcə də qohumlar arasında nikahın fəsadlarının təhlili, həmçinin onların aradan qaldırılması üzrə effektiv tədbirlərin həyata keçirilməsi ilə bağlı məlumat verib.

Sonra Cəlilabad rayon Heydər Əliyev Mərkəzinin direktoru Ofeliya Qəhrəmanova “Erkən nikahların səbəbləri və yaratdığı fəsadlar”mövzusunda məruzə edib.

Sonra mövzu ilə əlaqədar video çarxlar nümayiş olunub. Tədbir müzakirələrlə davam edib. Yekunda iştirakçıların sualları cavablandırılıb.