Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ulu öndərin xalqımıza ən böyük miraslarından biri - Yeni Azərbaycan Partiyası!

22.11.2022

Noyabrın 22-də Yardımlı rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyinə həsr olunan "Ulu öndərin xalqımıza ən böyük miraslarından biri - Yeni Azərbaycan Partiyası"! mövzusunda tədbir keçirilib.

Tədbirdə V.Bəndəliyev adına Urakəran kənd orta məktəbinin rəhbərliyi və şagird kollektivi iştirak edib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını qurban verən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, o cümlədən ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı əvəzsiz xidmətlərindən danışıb.

Yekunda tədbir iştirakçıları ulu öndərin dövlətçilik fəaliyyətindən bəhs edən eksponatlara və mərkəzdə təşkil olunan sərgilərə baxış keçiriblər.