Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yol hərəkəti qaydalarını birgə öyrənək

19.11.2022

Noyabrın 19-da Yardımlı rayon Heydər Əliyev Mərkəzində "Uşaq hüquqları aylığı"na həsr olunmuş "Yol hərəkəti qaydalarını birgə öyrənək" mövzusunda tədbir keçirilib.

Tədbirdə Zərifə Əliyeva adına Yardımlı rayon 1 saylı uşaq bağçasının balaca fidanları iştirak edib.

İlk olaraq Mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə uşaqların mövzu ilə bağlı ilkin biliklərini öyrənmək məqsədilə onlara suallar ünvanlayıb. Sonra mövzuya uyğun olaraq məlumat verib.

Yekunda yol hərəkəti qaydalarına aid maarifləndirici cizgi filmlər nümayiş olunub.