Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

17 noyabr-Milli Dirçəliş Günü

17.11.2022

Noyabrın 17-də Yardımlı rayon Mərkəzi kitabxanasında “17 noyabr-Milli Dirçəliş Günü”nə həsr olunmuş dəyirmi masa keçirilib.

Tədbirdə Yardımlı Peşə məktəbinin müəllim və şagird kollektivi, həmçinin digər oxucular iştirak edib.

Öncə torpaqlarımız uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra MKS-in direktoru Rahim Səfərov tədbirin mahiyyəti haqqında qısaca məlumat verib.
Tədbirdə məruzə ilə çıxış edən MKS –in şöbə müdiri Vasif Abdulov qeyd edib ki, Sovet İttifaqı rəhbərliyinin ermənilərin Dağlıq Qarabağa iddiasına loyal münasibəti və qərəzli mövqeyi, Azərbaycan xalqını ayağa qaldırmışdı. Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi. Bunları görən rəsmi Moskva İttifaq dönəmində Azərbaycanda ilk dəfə fövqəladə vəziyyət elan etdi. SSRİ-nin müxtəlif ərazilərində dislokasiya edilmiş daxili qoşun qüvvələri Bakıya gətirilərək meydanda yerləşdirildi, dekabrın 3-dən 4-nə keçən gecə isə mitinq iştirakçıları oradan zorla çıxarıldı. Onların bir qismi həbs edildi. O zaman xalq hərəkatı parçalansa da, millət öz arzusuna çatdı. 1988-ci il noyabrın 17-dən başlayan meydan hərəkatı azad Azərbaycanın təməlini qoydu.


   Yardımlı Peşə məktəbinin direktoru Qabil Ağayev, MKS-in şöbə müdiri Vahid Kərimov, oxuculardan Hüseynov Taleh çıxışlarında bildiriblər ki, Azərbaycanda bu hadisələr milli azadlıq hərəkatı kimi qiymətləndirilir və Vətənimizin istiqlaliyyət qazanmasında əsas amil sayılır.