Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlıda ”Zəfər günü” ilə əlaqədar bayram tədbiri keçirildi.

08.11.2022

Noyabrın 8-də Yardımlı rayon İcra Hakimiyyəti və Masallı Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə "Gümüş" şadlıq sarayında "Zəfər günü"nə həsr olunmuş bayram tədbiri keçirilib.

Tədbirdə Yardımlı rayon İcra Hakimiyyətinin Başçısı Ayaz Əsgərov və aparatı, Millət vəkili Musa Qasımlı, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.Sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Yardımlı Rayon İcra Hakimiyyətinin Başçısı Ayaz Əsgərov, Millət vəkili Musa Qasımlı, şəhid Amal Qarayevin atası Ədalət Qarayev çıxış edərək bayram münasibətilə tədbir iştirakçılarını təbrik ediblər.

Tədbir incəsənət ustalarının iştirakı ilə konsert proqramı ilə davam edib. Rayon Mədəniyyət Mərkəzinin solistlərinin və Halay Xalq Folklor Kollektivinin çıxışları böyük maraq və alqışlarla qarşılanıb.