Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda Zəfər Bayramı qeyd olundu

08.11.2022

Noyabrın 8-də Cəlilabad rayon Heydər Əliyev Mərkəzində Masallı Regional Mədəniyyət İdarəsinin və Cəlilabad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş bayram konserti keçirilib.

Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin Başçısı Rafiq Cəlilov, Millət vəkilləri Malik Həsənov, Elman Nəsirov, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Heydər Əliyev Mərkəzinin foyesində 8 noyabr- Zəfər Gününə həsr olunmuş rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin Başçısı Rafiq Cəlilov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Qəhrəman oğulların qazandığı möhtəşəm qələbədən geniş söz açıb, Zəfər Günü münasibətilə təbriklərini çatdırıb.

Əməkdar artist Səidə Şərifəliyeva, Masallı rayon Mədəniyyət Mərkəzinin solistləri Miriş Hüseynov, Humay Rzayeva, Halay Xalq Folklor Kollektivi və Cəlilabad rayon Mədəniyyət Mərkəzinin solistlərinin ifasında konsert proqramı ilə davam edən tədbir tamaşaçılar tərəfindən alqışla qarşılanıb.

Cəlilabaddakı möhtəşəm Zəfər coşqusu Heydər Əliyev Seyrəngahinda atəşfəşanlıq və  səmaya hava şarlarının buraxılması ilə yeknlaşıb.